Tarkan rekorda doğru, Murad Boz isə kölgədə qaldı - video

Tarkan rekorda doğru, Murad Boz isə kölgədə qaldı - video
5433 dəfə oxunub
  • A-
  • A
  • A+
Bu həftə Tarkan və Murad Boz yeni kliplərini təqdim ediblər.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, əvvəl Tarkan yeni albomundan "Yolla" adlı mahnısının klipini yayımlayıb.

Bir gün sonra isə M.Boz isə keçən il buraxdığı "Janti" albomundan daha bir mahnısını - "Yana döne"ni klip halına gətirib. Muradın Tarkanla eyni zamanda klip çıxarması isə sosial mediada tənqidə səbəb olub. Hər zaman özünü Tarkanla yarışdırdığı iddia edilən Muradın bu hərəkəti meqastarı kölgədə qoymaq istəyi kimi qiymətləndirilib.

Lakin "YouTube"da iki platformada yayımlanan "Yolla" iki gün ərzində Tarkanın rəsmi səhifəsində 2,6, "NetD" musiqi kanalında 3,5 milyon baxış yığıb. Muradın klipi isə 633 minlə kifayətlənib.