Azərbaycan filmi İtaliyanın film festivalına dəvət alıb

Azərbaycan filmi İtaliyanın film festivalına dəvət alıb
982 dəfə oxunub
  • A-
  • A
  • A+

Gənc rejissor Emin Əfəndiyevin “Hədiyyə” bədii filminin beynəlxalq təqdimatı İtaliyada baş tutacaq.

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından Axşam.az-a bildirilib ki, film “Corti a Sud – Polla in Corto” beynəlxalq qısametrajlı filmlər festivalına dəvət alıb. “Hədiyyə” filmi festivalın əsas proqramında yer alıb. Festival iyulun 3-4-də Salerno şəhərində keçiriləcək.

“Hədiyyə” bədii filmi Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında dörd gənc rejissor tərəfindən lentə alınan “40-cı paraleldə” kinoalmanaxına daxil olan qısametrajlı filmlərdən biridir.

Melodrama janrında çəkilən “Hədiyyə” filminin ssenari müəllifi Yusif Şeyxov, quruluşçu rejissoru Emin Əfəndiyev, quruluşçu operatoru Elman Əliyev, quruluşçu rəssamı Şahin Həsənli, icraçı prodüseri Vüsal Abbasov, prodüseri Müşfiq Hətəmovdur.

Ekran əsərində baş rolları İlahə Həsənova, Qorqud Cəfərli və Şamil Süleymanlı canlandırıblar.