“Sarı gəlin” beynəlxalq festivalda birinci oldu

“Sarı gəlin” beynəlxalq festivalda birinci oldu
531 dəfə oxunub
  • A-
  • A
  • A+

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı nəzdindəki “Oyuq” teatr-studiyasının balaca aktrisa-vokalçıları Bolqarıstanın Varna şəhərində keçirilən  “Golden Sparkles European Music Festival"ında iştirak edirlər.

Axşam.az-ın məlumatına görə, ölkəmizin üçüncü dəfə təmsil olunduğu bu festivalda studiya fəalları qalib olublar.

Belə ki, İngiltərə, İtaliya, Rusiya, Ukrayna, Belarus, Fransa, Yunanıstan kimi ölkələrdən azyaşlı vokalçı-aktrisaların yarışdığı festivalda təmsilçilərimiz Mehrin və Surin Vəlizadələr, Aylin Nəcəfli festivalın bir və ikinci yerlərini qazanıblar.

Balacaların triosu münsiflər heyəti qarşısında “Sarı gəlin”i ifa ediblər. Azərbaycan və ingilis dillərində təqdim olunan mahnını canlı ifa edən balacalar səhnəni milli geyimlər və atributlarla qurublar.

Bundan başqa balacalar autizm sindromlu uşaqlara həsr olunmuş “Əlimdən tut” (musiqisi Vüqar Camalzadə, sözləri Cəmilə Allahverdiyeva) adlı ifaları ilə festivalın mahnı nominasiyasında ikinci yerə layiq görülüblər.