Gənc model vəhşicəsinə öldürüldü - geyiminə və saçına görə

Gənc model vəhşicəsinə öldürüldü - geyiminə və saçına görə
4300 dəfə oxunub
  • A-
  • A
  • A+

İraqın kişilər arasında gözəllik yarışmasının ən güclü namizədi Bağdaddan olan Karar Nuşi faciəvi şəkildə öldürülüb.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, model uzun müddətdir dar geyimi və saç üslubu ilə bəzi dairələrdən təhdidlər alırmış. İki gün öncə yoxa çıxan modelin meyiti polis tərəfindən Bağdadın şimalında yerləşən bir küçədə tapılıb.

Onun uzun müddət döyüldüyü, sonra isə bıçaqlanaraq öldürüldüyü ortaya çıxıb. İraqda təşkil edilən yarışmanın favoriti olan Nuşinin heyranları onun qatillərinə qarşı qəzəblərini sosial mediada büruzə veriblər.

Hadisə ilə bağlı araşdırma aparılır.