Xatirə: “Sərdar Ortaç canlı oxuya bilmir”

Xatirə: “Sərdar Ortaç canlı oxuya bilmir”
2918 dəfə oxunub
  • A-
  • A
  • A+
Bir neçə gündür Moskvada olan müğənni Xatirə İslam türkiyəli ifaçı Sərdar Ortaçla eyni məclisdə iştirak edib.

Səfər təəssüratlarını Axşam.az saytı ilə bölüşən sənətçi onun haqqında maraqlı açıqlama verib:
“Moskvada Sərdar Ortaçla eyni məclisdə olduq. Canlı ifa etməyi bacarmır. Heç oxuya bilmədi”.
Səfər zamanı bol alış-veriş edən Xatirə oğluna hədiyyələr alıb:

“Moskva çox sevdiyim şəhərlərdən biridir. Amma indi rusların bizə qarşı münasibəti çox pisdir. Alış-verişə çıxdım, oğlum üçün hədiyyələr aldım”.

Ciddi pəhriz saxlayan sənətçinin həddən artıq arıqlaması da diqqətdən yayınmayıb:

“Özüm də xeyli arıqladığımı hiss edirəm. Pəhriz saxlayıram, bir də yaşıl çay içirəm. Moskvadan özümə yaşıl çay almışam”.