Azərbaycan Dövlət Musiqili Teatrının gənc aktyoru Əmrah Dadaşov İran İslam Respublikasında filmə çəkilmək üçün dəvət olunub.

Axşam.az xəbər verir ki, tamaşaçıların xalq yazıçısı Elçinin hekayələri əsasında hazırlanan “Baladadaşın toy hamamı” komediyasından tanınan Əmrah “Günəşfilm” studiyasında istehsal olunacaq, şərti adı “Sərhəd” olan (“Arpa çayı – ayrılıq nəğməsi”) tammmetrajlı bədii filmində baş rolu – Aydın obrazını canlandıracaq.

Filmin quruluşçu rejissoru və ssenari müəllifi İran İslam Respublikasının tanınmış sənətçilərindən biri olan Ali Abdalidir. Artıq filmin çəkilişlərinə start verilib. Ə.Dadaşov çəkilişlərdə iştirak etmək üçün qonşu ölkəyə yola düşüb.