Mübariz Mənsimovdan möhtəşəm ziyafət

Mübariz Mənsimovdan möhtəşəm ziyafət
2826 dəfə oxunub
  • A-
  • A
  • A+

QONAQLARA KİLOSU TƏXMİNƏN 4 MİN AVRO OLAN KÜRÜ TƏQDİM EDİLİB

Azərbaycanlı iş adamı Mübariz Mənsimov sahibi olduğu “The Edition Hotel”də qonaqları üçün bahalı ziyafət təşkil edib
.

Axşam.az-ın Qafqazinfo-ya istinadən xəbərinə görə, Türkiyə KİV-i məlumat verir ki, əvvəlcə oteldə yerləşən “Gold Bar”da kokteylə qonaq edilən dəvətlilər, daha sonra Mənsimovla birlikdə məşhur İtaliya restoranında olublar.

Yeməkdə qonaqlara kilosu təxminən 4 min avro olan və Mənsimovun Azərbaycandan gətirdiyi kürü təqdim olunub. Menyuda həmçinin kilosu 2-3 min avrodan satılan trüf göbələyindən hazırlanan yeməklər yer alıb.

Qonaqlar arasında iş dünyasının tanınmış simalarının iştirak etdiyi deyilir. Onların arasında Trabzonspor klubunun keçmiş başçısı Sadri Şener və Fənərbağçanın prezidenti Əziz Yıldırım da olub. Türkiyə mətbuatı bu ziyafəti 2013-ün ən lüks qonaqlığı kimi təqdim edib.