"Qorxma, mən səninləyəm - 2"nin premyerası olacaq

"Qorxma, mən səninləyəm - 2"nin premyerası olacaq
2740 dəfə oxunub
  • A-
  • A
  • A+
“Eurovision 2011”in qalibi Eldar Qasımovun rol aldığı “Qorxma, mən səninləyəm - 2” filminin premyerası olacaq.

Axşam.az-ın məlumatına görə, uzun müddətdir gözlənilən ekran işi noyabrın 15-də Heydər Əliyev Sarayında təqdim ediləcək.

Qeyd edək ki, filmin quruluşcu rejissoru Yuli Qusmandır. Kinoda xalq artisti Polad Bülbüloğlu, SSRİ xalq artisti Lev Durov, Muxtarbek Kantemirov, Rusiyanın tanınmış aktyorlarından olan Mixail Yefremov, xalq artisti Məbud İsmayılzadə, müğənni Eldar Qasımov, aktyor Bəhram Bağırzadə və başqaları çəkilib. Burada "Qorxma, mən səninləyəm" filminin birinci seriyasında təsvir olunanlardan 20 il sonra cərəyan edən hadisələr lentə alınıb. Çəkilişlər Pirallahı qəsəbəsində və Qaxda aparılıb.