Azərbaycanlı müğənninin 5 yaşlı qızı öldü

Azərbaycanlı müğənninin 5 yaşlı qızı öldü
76619 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Pərvin Lətifovun ailəsində dəhşətli itki baş verib.

Axşam.az-ın məlumatına görə, ifaçının beş yaşlı qızı Gülər ürək çatışmazlığından dünyasını dəyişib.

Sənətçinin meneceri Bəhruz əməkdaşımızla söhbətində hadisənin bu saatlarda baş verdiyini deyib. Balaca Gülər bir neçə gündür xəstəxanada imiş.
 
Qeyd edək ki, P.Lətifovun İnci adlı daha bir qız övladı var.

****

15:40

Xəbər verdiyimiz kimi, müğənni Pərvin Lətifovun 5 yaşlı qızı Gülər bu gün dünyasını dəyişib.

Axşam.az-ın məlumatına görə, Gülər qıcolmadan rəhmətə gedib. Balaca qızın nəşi xəstəxanadan evlərinə gətirilib. Sənət dostları P.Lətifovun evinə yollanıb.

Gülər bu gün dəfn olunacaq. Onun üç mərasimi həftənin bazar ertəsi keçiriləcək.