Adriana Lima türkiyəli yazıçı ilə sevgilidir - foto

Adriana Lima türkiyəli yazıçı ilə sevgilidir - foto
4819 dəfə oxunub
  • A-
  • A
  • A+
Braziliyalı model Adriana Lima Antaliyada keçiriləcək "Dosso Dossi Fashion Show"da iştirak etmək üçün Türkiyəyə gedib.

Axşam.az-ın “Posta”ya istinadən məlumatına görə, o, hava limanında türkiyəli yazıçı Metin Hara ilə öpüşərkən kameralara tuş gəlib.

Adriana daha sonra rəsmi İnstaqram səhifəsində Metinin “Yol” adlı kitabını paylaşaraq “Bu kitab səfərim boyu mənə yoldaşlıq etdi” qeydini yazıb.

Hara isə Lima ilə səmimi fotosu yayıldıqdan sonra açıqlama verib. O, Adriana ilə yenicə tanış olduğunu bildirib:

“Adriana ilə ötən ay tanış olduq. Bir-birimizdən xoşumuz gəlir. Hələ ki, bir-birimizi tanımağa çalışır. Biz sizin narahatlığınızı başa düşdüyümüz kimi sizin də bizim münasibətimizə hörmətlə yanaşmağınızı istəyirik. Təşəkkür edirəm”.

Xatırladaq ki, Adriana Limanın sonuncu sevgilisi beysbolçu Mett Harvi olub.