Adriana Lima türk sevgilisi ilə dodaq-dodağa - fotolar

Adriana Lima türk sevgilisi ilə dodaq-dodağa - fotolar
8121 dəfə oxunub
  • A-
  • A
  • A+
Braziliyalı model Adriana Lima ilə türk yazar Metin Hara Bodrum tətillərinə davam edirlər.

Axşam.az Türkiyə mediasına istinadən xəbər verir ki, cütlük ötən gün səhər yeməyi zamanı yenidən görüntülənib. Metin sevgilisinə boyunbağı hədiyyə edib. Əvəzində isə Adriana ona ehtiraslı öpüşlə təşəkkürünü bildirib.

Sevgililər axşamüstü qaldıqları oteldən ayrılıblar. Çimərliyə yollanan cütlüyü Limanın cangüdənləri müşayiət edib. 3 saatlıq əyləncədən sonra qaldıqları otelə qayıdan Adriana ilə Metin jurnalistlərin suallarını cavabsız qoyublar.
 
Onlar Bodrumdan sonra yunan adalarına səyahət edəcəklər.