Bu dəfə də özünə milyonçu sevgili tapdı

Bu dəfə də özünə milyonçu sevgili tapdı
3728 dəfə oxunub
  • A-
  • A
  • A+
47 yaşlı model Naomi Kempbell 61 yaşlı misirli milyonçu Lui Kamilyeri ilə sevgilidir.

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, cütlüyün artıq bir neçə həftədir, gizlicə görüşdükləri və münasibətlərini hamıdan gizlətdikləri deyilir.

Qeyd edək ki, Lui Kamilyeri “Philip Morris International” şirkətinin əvvəlki rəhbəridir. Onun ümumi sərvəti 150 milyon funt-sterlinq dəyərləndirilir. Lui arvadından boşanıb və 3 uşaq atasıdır.
 
Xatırladaq ki, Naomi Kempbell 5 il rusiyalı milyarder Vladislav Doroninlə sevgili olub. Bundan başqa o, italyan sahibkar Flavio Briatore ilə də eşq yaşayıb.