Natavanın toy dəvətnaməsi – hamı bu geyimdə gəlməlidir

Natavanın toy dəvətnaməsi –  hamı bu geyimdə gəlməlidir
37985 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, müğənni Natavan Həbibinin iyulun 17-də toyudur.

Axşam.az-ın məlumatına görə, reper Dado Əliyevlə (Səid) ailə qurmağa hazırlaşan sənətçinin toyu “Neolit” restoranında baş tutacaq.

Natavan sənət dostlarına toy dəvətnaməsini paylayıb. Dəvətnamədə qonaqlar üçün “dress-code” qeyd olunub. Belə ki, xanımlar yaşıl, qırmızı, ağ paltar, kişilər isə qara və ağ kostyum geyinməlidir.

Natavan bir müddət əvvəl açıqlamasında bildirmişdi ki, qonaqlara özləri ilə telefon gətirməmələrini tapşırıb.