Aktyorlarımız mükafatlandırıldı - fotolar

Aktyorlarımız mükafatlandırıldı -  fotolar
727 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında 89-cu teatr mövsümünün yekunlarına həsr olunmuş hesabat iclası keçirilib və ilin “Sima” teatr  mükafatı təqdim edilib.

Axşam.az-ın məlumatına görə, ilin yekunlarına həsr olunan iclası giriş sözü ilə açan teatrın direktoru, əməkdar artist Mübariz Həmidov mövsüm ərzində əldə edilən uğurlar, təqdim olunan yeni tamaşalar, beynəlxalq qastrol və festivallar, müxtəlif ölkələrlə teatrımız arasında həyata keçirilmiş aktyor və rejissor mübadilələri haqqında ətraflı məlumat verib.
 
Teatr rəhbəri  89-cu teatr mövsümünün nailiyyətləri ilə yanaşı, yeni 90-cı teatr mövsümü üçün nəzərdə tutulmuş yaradıcılıq planlarından, hazırlanacaq tamaşalar, beynəlxalq qastrol və festivallar, yeni layihələrdən də söz açıb.  

Hesabat iclasından sonra  Dövlət Gənc Tamaşaçılar Teatrı və ASSİTEJ – Azərbaycan Milli Mərkəzinin təsis etdiyi "Sima” mövsümi Teatr Mükafatı öz sahiblərinə təqdim olunub. Belə ki, builki mükafatlar  “mövsümün ən yaxşı xarakterik obraz ifaçısı”, “mövsümün ən fəal ictimaiyyətçi əməkdaşı”, “mövsümün ən işgüzar aktyoru”, “mövsümün seçilən aktyoru”, “mövsümün ən yaxşı texniki işçisi” “mövsümün  fərqlənən aktyoru”, “teatrın dostu”, “mövsümün ən işgüzar əməkdaşı”, “mövsümün ən yaxşı epizodik rol ifaçısı” nominasiyası üzrə olmaqla 12 adda müəyyənləşdirilib.