Kukla teatrı mövsümü başa vurur

Kukla teatrı mövsümü başa vurur
418 dəfə oxunub
  • A-
  • A
  • A+
Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı 85-ci teatr mövsümünü başa vurur.

Axşam.az-ın məlumatına görə, mövsüm iyulun 16-da başa çatacaq. Həmin gün tamaşaçılar Abdulla Şaiqin “Tıq-tıq xanım” nağılının motivləri əsasında teatrın baş rejissoru Qurban Məsimovun səhnələşdirdiyi və quruluş verdiyi “Tıq-tıq və Taq-taqın nağılı” (saat 12.00 və 14.00 seanslarında) tamaşasına baxacaqlar.

Teatrsevərlərə və kollektivə bayram ovqatı bəxş etmək üçün nəzərdə tutulan son nümayiş günündə təntənəli mərasim də baş tutacaq. Belə ki, teatrın truppası və nəzdindəki “Oyuq” tetar-studiyasının balaca istedadlarının təqdimatında tamaşalardan hissələr, musiqi nömrələri və ümumilikdə mövsümə nəzər xarakterli videoçarx nümayiş olunacaq. Kollektiv üzvləri və studiya fəallarından bir neçə şəxsə müxtəlif nominasiyalarda mükafat və diplomların təqdim olunacaq.

Teatrın mövsüm sonuna həsr olunmuş bayram tədbirində il ərzində Azərbaycan Dövlət Kukla Teatrı ilə yaxından əməkdaşlıq edən, onun fəaliyyətini mütəmadi və ətraflı şəkildə işıqlandırmağa yardımçı olan KİV nümayəndələri də təltif olunacaq. Belə ki, Milli Mətbuat Günü ərəfəsində bir neçə media təmsilçisi “Teatrın dostu” mükafatı ilə təltif olunacaq.