Prezidentdən məşhur cütlüyə toy hədiyyəsi - fotolar

Prezidentdən məşhur cütlüyə toy hədiyyəsi - fotolar
8545 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, iyulun 8-də Rusiyanın məşhur xokkeyçisi Aleksandr Oveçkin və aktrisa Anastasiya Şubskayanın toyu olub.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, ötən il nişanlanan cütlüyün toyunda dostları və yaxınları iştirak edib.

Toyda Rusiya prezidenti Vladimir Putinin təbriki səsləndirilib. Daha sonra məlum olub ki, prezident cütlüyə toy hədiyyəsi kimi çay dəsti göndərib.

Hədiyyənin şəklini Anastasiya İnstaqram səhifəsində paylaşsa da, daha sonra onu silib.
 
Lakin V.Putinin mətbuat katibi Dmitri Peskov da jurnalistlərə faktı təsdiqləyib.