Azərbaycan Dövlət Musiqili Komediya Teatrı müsabiqə elan edir

Azərbaycan Dövlət Musiqili Komediya Teatrı müsabiqə elan edir
2213 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycan Dövlət Musiqili Komediya Teatrı kollektivin simfonik orkestrində, xor və balet heyətində işləmək üçün müsabiqə elan edir.

Müsabiqədə 18 yaşından yuxarı klassik musiqi ifaçıları, xor və balet artistləri iştirak edə bilərlər.
Teatrın direktoru, Əməkdar İncəsənət Xadimi Əliqismət Lalayev teatrın heyətində əsaslı dəyişikliklər etmək üçün belə müsabiqənin keçirilməsinin vacibliyini qeyd edib: “Biz istəyirik ki, istedadlı gənclərə yol açaq. Bu, binası yenicə təmirdən çıxacaq teatr üçün xüsusilə vacibdi. İstər yaradıcı qrup, istərsə də texniki heyət üçün geniş iş şəraiti yaradılır. Bizim öhdəmizə isə həm aktyor, həm də orkestr, xor və balet heyətlərinin tərkibini möhkəmlətmək, yeni gənc və istedadlı kadrları teatra cəlb etmək, cari repertuarı zənginləşdirmək düşür”.
Hazırda teatrda kadr çatışmazlığı olduğunu vurğulayan Ə.Lalayev bu boşluğu doldurmaq üçün yeni, istedadlı kadrlara ehtiyac duyduqlarını deyib.
Bununla yanaşı, Əliqismət Lalayev qəhrəman obrazlarını yarada biləcək, səs imkanları ilə seçilən gənc və istedadlı aktyor-vokalçılara ehtiyac olduğunu, bu arzu ilə teatra müraciət edən gənclər arasında da seçim edəcəklərini bildirib.

Sənədlər fevralın 28-dək Musiqili Komediya Teatrında qəbul edilir.

AzərTac