Kameron Diaz kimsəsizlərə əziyyət verəcək

Kameron Diaz kimsəsizlərə əziyyət verəcək
1383 dəfə oxunub
  • A-
  • A
  • A+
Tanınmış aktrisa Kameron Diaz yeni filmə çəkilir.

Axşam.az xəbər verir ki, film 1982-ci ildə lentə alınan "Enni" kinosunun yeni versiyası kimi təqdim olunacaq.

Kinonun baş qəhrəmanı yetimxanada əzab çəkən Ennidir. Kameron Diaz isə yetimxananın zülmkar başçısı olan "Miss Henniqan" obrazını canlandıracaq.

Cey-Zi və Uill Smitin prodüserlik etdiyi filmin çəkilişləri Nyu-Yorkda aparılır. Paparatsilər K. Diazın fotolarını çəkməyə müvəffəq olublar.