Həbsxanada olan Rza Zərrabla bağlı gözlənilməz qərar

Həbsxanada olan Rza Zərrabla bağlı gözlənilməz qərar
27342 dəfə oxunub
  • A-
  • A
  • A+

Hazırda ABŞ-da həbsdə olan iş adamı Rza Zərrabla bağlı yeni xəbərlər var.

Axşam.az-ın "Hürriyet"ə istinadən məlumatına görə, Nyu-Yorkun Manhetten bölgəsində Metropolitan həbsxanasında tutulan Rza 3 həftə təcridxanada saxlanılıb.

Zərrabın vəkili Bencamin Brafman cinayət işinə baxan hakim Riçard Bermana yazdığı ərizədə müvəkkilinin heç bir səbəb göstərilmədən 21 gün təcridxanaya salınmasını, ardından yenə də heç bir səbəb göstərilmədən Bruklindəki digər həbsxanaya transfer edildiyini ifadə edib.

Vəkil həbsxana idarəçilərinin Zərrabı təcridxanaya qoyduqları üçün onları məhkəməyə verəcəyini bildirib. O, eyni zamanda ay yarımdır Zərrabla əlaqə saxlaya bilmədini əsas gətirərək oktyabrın 30-da başlayacaq məhkəmə prosesinin təxirə salınmasını istəyib.

Qeyd edək ki, R.Zərrab müğənni Ebru Gündeşin əridir.