"Tanrım" nələrə qadirdir - video

"Tanrım" nələrə qadirdir -  video
2026 dəfə oxunub
  • A-
  • A
  • A+
Əməkdar artist Xumar Qədimovanın "Tanrım" ifası qısa vaxt ərzində böyük marağa səbəb olub və bəyənilib.

Axşam.az-ın məlumatına görə, Qədimovanın dillər əzbərinə çevrilən ifasını müğənni Xatun Əliyeva parodiya edib. 

Xatun bildirib ki, Xumar xanımı çox sevir və onun ifasına heyrandır:

"Onun səsi ruhuma qidadır. Sevə-sevə onu dinləyirəm və sevərək də parodiya edirəm. İstəmirəm Xumar xanım məndən incisin. Bu arada Xumar xanım mahnıya bir daha can verdi".

Sosial şəbəkə izləyiciləri də şərhlərdə mahnının gözəl ifa olunduğunu yazıblar.  

Qeyd edək ki, Xatun bundan əvvəl açıqlamasında tədbirlərin birində Xuram Qədimovanı gördüyünü və parodiya etdiyi üçün ona yaxınlaşıb, qarşısında diz çöküb üzr istədiyini demişdi.