Almaniyada Müslüm Maqomayevə həsr edilən konsert keçiriləcək

Almaniyada Müslüm Maqomayevə həsr edilən konsert keçiriləcək
351 dəfə oxunub
  • A-
  • A
  • A+

Almaniyanın Düsseldorf şəhərində dünya şöhrətli azərbaycanlı müğənni Müslüm Maqomayevin 75 illiyinə həsr edilən konsert təşkil ediləcək.

Axşam.az bu barədə Müslüm Maqomayevin Mədəni-Musiqi İrsi Fondunun saytına istinadn xəbər verir.

Konsert sentyabrın 23-də Düsseldorf merinin xüsusi tapşırığı ilə baş tutacaq.

Gecədə sənətkarın vaxtilə ifa etdiyi klassik və estrada musiqi janrları ilə yanaşı dünya bəstəkarlarının əsərləri də səsləndiriləcək. İfaçıların çıxışını “Xəzər virtuozları” estrada ansamblı müşayiət edəcək.