Bakıda Frida Kalonun əsərlərinin sərgisi olacaq

Bakıda Frida Kalonun əsərlərinin sərgisi olacaq
706 dəfə oxunub
  • A-
  • A
  • A+

İyulun 18-də İçərişəhərdə yerləşən “Art Tower” qalereyasında dünya şöhrətli meksikalı rəssam Frida Kalonun əsərlərindən ibarət sərgi açılacaq.

Axşam.az-ın məlumatına görə, sSərgi “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Mədəniyyət və Turizm Nazirliyi, Meksikanın ölkəmizdəki səfirliyi və “Arts Council Azerbaijan” QHT-nin birgə təşkilatçılığı ilə gerçəkləşəcək.

“Arts Council Azerbaijan”ın rəhbəri Dadaş Məmmədov AZƏRTAC-a məlumat verib ki, kuratoru Mirsadıq Hüseynov olan sərgi iyulun 25-dək davam edəcək. Tamaşaçılar sərgidə Meksika incəsənətinin ikonası, XX əsr dünya rəssamlığının görkəmli nümayəndələrindən biri olan Frida Kalonun həyatının müxtəlif dövrlərinə aid yaradıcılıq nümunələri ilə tanış ola biləcəklər.