Müğənni Hande Yener həmkarı Hadisənin Bodrumdakı çimərliyinin bağlanması xəbərinə münasibət bildirib.
 
Axşam.az Türkiyə mediasına istinadən xəbər verir ki, Hande idarəçiliyin o qədər də asan olmadığını deyib:

“Kənardan asan görünür. Hamı bu işə girişir, ancaq bunun da çətin tərəfləri var”.
 
Yener “Hadisə və Demeti öz məkanınızda səhnəyə çıxararsınız” sualına belə cavab verib:

“Yox, çıxarmaram. Onlarla ulduzumun barışmadığını bilirsiniz”.