Dizelin qiyməti ilə bağlı rəsmi açıqlama

Dizelin qiyməti ilə bağlı  rəsmi açıqlama
7866 dəfə oxunub
  • A-
  • A
  • A+
Tarif Şurası dizel yanacağının qiymətinin artacağı ilə bağlı gəzən söz-söhbətlərə açıqlama gətirib.

Axşam.az-ın məlumatına görə, şuranın katibi İlkin Məcidov AzTV-yə müsahibəsində bildirib ki, hazırda Tarif şurasının gündəliyində hər hansı tariflərin, o cümlədən dizel yanacağının qiymətinin dəyişdirilməsi ilə əlaqədar məsələ yoxdur.
 
İlkin Məcidov əlavə edib ki, Аİ-92 markalı benzinin qiymətinin artırılması məsələsi dəfələrlə müzakirəyə qoyulub, lakin əvvəlki illərdə bu addım məqsədəuyğun hesab edilməyib:

“Strukturlar tərəfindən müraciət daxil olduqda, məsələ dərhal müzakirəyə çıxarılmır. İlk olaraq ciddi təhlil aparılır və yalnız bundan sonra məsələ müzakirəyə çıxarılır, nəticədə Şura tarifləri dəyişib-dəyişməmək haqda qərar qəbul edir. Yanacağın tarifləri sonuncu dəfə 2013-ci ildə dəyişdirlib, amma bu, o demək deyil ki, ötən dörd il ərzində tariflərin dəyişdirilməsi üçün bizə müraciət olunmayıb. Sadəcə, bu günə qədər bu addım məqsədəuyğun hesab edilmirdi”.