Serbiyalı modelyer İvana Sertin keçmiş əri, iş adamı Yurdal Sertin başına iş gəlib.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Yurdal Bodrumda baş tutan partilərdən birinə qatılıb. Bu vaxt o, hamburger sifariş verib.

Üzərində eşşək arısının olduğunu görməyən iş adamı hamburgeri dişləyib və bu zaman arı onun dilindən sancıb.

Eşşək arısının sancması bəzən ölümə səbəb olduğu üçün partidə hər kəs şoka düşüb.
 
Təcili yardım gələnə kimi Sertin dilinə buz qoyulub. Daha sonra təcili yardım ilk tibbi köməyi göstərib, onu xəstəxanaya aparıb.