Əməkdar artist Elza Seyidcahanı özündən çıxarıblar.

Axşam.az-ın məlumatına görə, müğənni bildirib ki, onun adından benzinin bahalaşmasına aid şeir yazıblar.

İfaçı bu addımı atanları məhkəmə ilə hədələyib:

“Bəzi savadsız, Azərbaycan xanımına və xalqına hörmət etməyənlər... Düşmən bizim içimizdədir elə, onu axtarmağa dəyməz. Mənim adımdan mənə aid olmayan sözlər yazırsınız. Bəzi saytlar isə onu yerləşdiriblər. Məhkəmədə cavab verəcəksiniz. Benzinin bahalaşması haqda guya Elza şeir yazıb. Niyə əsası olmadan onu yerləşdirisiniz? Elzanı tənqid, təhlil, təmsil, hörmət edin. Amma öz benzininizə yazığınız gəlsin. Elə benzin yaxşı olub bahalaşıb. Dəmirin benzininə görə narahat olursunuz, amma öz benzininizə narahat olmursunuz. 

Mənə aid olmayan sözləri dərc etdirirsiniz. Sizlərə ayıb olsun, tərbiyəsizlər”.