"Oskar"lı aktyor vəfat etdi

"Oskar"lı aktyor vəfat etdi
1175 dəfə oxunub
  • A-
  • A
  • A+

Hollivudun məşhur aktyoru Martin Landau 89 yaşında vəfat edib.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, "Oskar"lı aktyor Los-Ancelesdə Kaliforniya universitetinin tibb mərkəzində dünyasını dəyişib. Ölüm səbəbi kimi vəziyyətinin qəflətən pisləşməsi göstərilib.

Qeyd edək ki, çoxlu film və seriala çəkən Landau 1994-cü ildə "Ed Vud" filmindəki roluna görə "ən yaxşı ikinci dərəcəli aktyor" nominasiyasında "Oskar" qazanıb.