Gizli toydan ilk fotolar yayıldı - iki ay sonra

Gizli toydan ilk fotolar yayıldı - iki ay sonra
5892 dəfə oxunub
  • A-
  • A
  • A+

Model Miranda Kerr və "Snapchat"ın yaradıcısı, milyarder Evan Şpigelin iki ay əvvəl keçirilən toyundan fotolar yayılıb.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, mediaya qapalı olan mərasimdən görüntülər bir neçə jurnalda yer alıb. Daha sonra həmin fotoları Miranda da paylaşıb.

İstifadəçilər daha çox modelin gəlinliyini müzakirə ediblər. Libası "Dior" modalar evinin direktoru Mariya Qrasiya Küri hazırlayıb.

Qeyd edək ki, toyda sadəcə 50 nəfər iştirak edib.