Elnarənin sinə dekolteli geyimi tənqid edildi - fotolar

Elnarənin sinə dekolteli geyimi tənqid edildi -  fotolar
41957 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Elnarə Xəlilovanın oğlu Ərtuğrulun 1 yaşı tamam olub.

Axşam.az-ın məlumatına görə, sənətçi övladının özəl gününü şəhər restoranlarından birində qeyd edib.

E.Xəlilova gecədən fotoları İnstaqram səhifəsində paylaşıb. Onun sinə dekolteli libası tənqid olunub. Bir çoxları onun zövqsüz olduğunu, özünə yaraşmayan libaslar geyindiyini yazıb.

E.Xəlilova libasının “Dolce Gabbana” stilində olduğunu vurğulayıb və tənqidlərə sərt cavab verib:

“Hazırda dəbdə olandan xəbəriniz yoxdur? O əvvəl idi stilistlə işləyirdilər. İndi internet dövrüdür. Nəyi bəyənirsən aç bax və tətbiq elə. Zövqlərimiz uyğun gəlmədiyi üçün mən də təəssüf edirəm. Mənə belə xoşdur. Geyimi də özümə yaraşdırıram. Mənə bunu yaraşdıranlar da az deyil. Elə ona görə də deyirlər ki, zövqlər müxtəlifdir”.

Qeyd edək ki, keçmiş aparıcı Rövşən Cahangirovla ailəli olan sənətçinin dörd övladı var.