Murad əsəbiləşdi "Bu, şərəfsizlikdir"

Murad əsəbiləşdi "Bu, şərəfsizlikdir"
3573 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Murad Dalkılıç və aktrisa Merve Boluğurun boşanma xəbərləri təkzib olunsa da, ikilinin münasibəti haqqında dedi-qodular bitmir.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Muradın evi tərk etdiyi, Mervenin iş adamı Sərdar Bilgili ilə görüşməsi kimi şayiələr yayılıb.

Murad bütün bunlara əsəbiləşərək sosial mediada yazıb:

"Günlərdir haqqımızda çıxan xəbərə reaksiyasız qalaraq münasibətimiz göstərdik. Xanımım da, mən də düşüncəli olub, maqazin jurnalistikasına hörmət etdik və pozitiv olduq. Mövzu ailəmin namusu olunca isə artıq bu yazılan yalan xəbəri "Şərəfsizlik" adlandırıram. Bu xəbərə görə hüquqi işlər dərhal başladılacaq".