Gənclər Gününə həsr edilən fotosərgi keçiriləcək

Gənclər Gününə həsr edilən fotosərgi keçiriləcək
752 dəfə oxunub
  • A-
  • A
  • A+

Fevralın 1-də Azərbaycan Milli İncəsənət Muzeyində Gənclər Gününə həsr edilən “Bir gəncin gözü ilə Kipr”adlı fotosərgi keçiriləcək.

Ötən ildən fəaliyyətə başlayan Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin əsas məqsədi Şimali Kiprdə yaşayan azərbaycanlılar və digər türkdilli xalqlar arasında əlaqələrin yaradılması və eyni zamanda, Azərbaycanın mədəniyyətini, folklorunu, milli adət-ənənələrini, tarixi abidələrini təbliğ etməkdən, ölkəmizin və Şimali Kiprin ali təhsil ocaqlarında təhsil alan gənclərin əməkdaşlığının genişləndirilməsinə yardım göstərməkdən ibarət.
Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin ilk layihəsi olan “Bir gəncin gözü ilə Kipr” adlı sərginin bu il mayın 28-də Belçikada, iyunda Moskvada və Sankt-Peterburqda, iyulda isə Fransada keçirilməsi nəzərdə tutulub.

Şimali Kiprin Doğu Akdeniz Universitetinin biznesin idarə edilməsi fakültəsində təhsil alan İsmayıl Mahmudovun fotoşəkilləri də sərgidə nümayiş olunacaq.

Sərgi Azərbaycan – Kipr Dostluq Cəmiyyətinin təşəbbüsü ilə təşkil olunacaq.

AzərTac