Çeçenistan lideri Ramzan Kadırov məşhurları yenə də Qroznıya dəvət edib.

Axşam.az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, buna səbəb Çeçenistanın "Axmat" futbol klubunun ölkə çempionatına start vermək üçün stadiona çıxması olub.

Futbolu izləməyə gələnlər arasında braziliyalı dünya ulduzu Ronaldinyo da olub. O, digər məşhurlarla səmimi davranaraq onlarla foto da çəkdirib. Futbolçudan başqa Timati, Valeriya, Nikolay Baskov, İqor Krutoy və başqaları da olub.