30 min dollarlıq toyu ləğv olundu, gözlənilməz addım atdı

30 min dollarlıq toyu ləğv olundu, gözlənilməz addım atdı
2200 dəfə oxunub
  • A-
  • A
  • A+

ABŞ-da 25 yaşlı Sara Kummins 30 min dollar xərclədiyi toyu təxirə düşüncə inanılmaz addım atıb.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, "Ritz Charles" otelində keçirilməsi nəzərdə tutulan toyun ləğv olunduqdan sonra qız çıxış variantını tapıb. O, 170 nəfərlik toy süfrəsinin ziyan olmaması üçün evsizləri qonaq çağırıb:

"Çox pis oldum. Hər kəsə zəng vurub toyun olmayacağını söylədim, ağladım. O qədər yeməyin zibilliyə atılacağından da narahat oldum".

Hətta evlənməyə hazırlaşdığı və son anda ayrıldığı nişanlısı Loqan Arajuo da ona bu məsələdə dəstək olub. Toyun xərcinin çoxunu ödəyən Arajuo isə "Bu kədərli və çətin zamanda Saranın belə bir qərar verməsinə görə xoşbəxtəm" deyib.

Evsizlər toy salonuna gələrək yeyib, içib, əyləniblər. Halından məmnun olan Sara isə bal ayı üçün nəzərdə tutduqları Dominikana anası ilə gedib.