Vəfa: "“Yandırdı məni” - fotolar

Vəfa: "“Yandırdı məni” -  fotolar
7921 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Vəfa Şərifova repertuarına retro mahnılardan olan “Yandırdı məni”ni daxil edib.

Axşam.az xəbər verir ki, Xanhüseyn Hüseynova məxsus mahnını ilk dəfə müəllif özü səsləndirib. Daha sonra Nadir Bayramlının ifasında eşidilən bəstə el şənliklərinin daha çox səslənən nəğməsinə çevrilib.

“Rejissor Rəhman Əliyev mahnını yeni aranjimanda səsləndirməyi mənə tövsiyə etdi. Rəhman müəllimin studiyasında hazırladıq və nəticə uğurlu alındı. Artıq dinləycilərin ixtiyarına veririk. İnanıram ki, “Yandırdı məni” yayın ən çox dinlənilən mahnılarından birinə çevriləcək” deyə, V.Şərifova bildirib.

Qeyd edək ki, mahnını Elvin Musayev aranjiman edib.