Sevda Lətifəni sildi

Sevda Lətifəni sildi
4401 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Lətifə Soyuöz sosial şəbəkədə həmkarını izləmədən çıxaran ifaçıları qınayıb.

Axşam.az-ın məlumatına görə, sənətçi “ATV maqazin onlarla” verilişinə açıqlamasında bildirib ki, heç vaxt İnstaqram izləyicilərinin sayını pulla artırmayıb:

“Niyə izlədiklərinin sayını sıfırlayırlar ki? Bu səni izləyən sənət dostlarına hörmətsizlikdir. Mənə maraqlıdır, kim nə geyinib, haradadır. Bu gün baxıram ki, dünya ulduzlarının nə qədər izlədiyi dostu var. Onlarda insanlıq var.
 
43 min izləyicim var. Hərdən görürəm ki, müğənnini 1 milyon adam izləyir. Bunlar pulla alınan izləyicilərdir. Nə edirəm saxta izləyiciləri? Bu mənə sevinc verə bilməz. 1 milyonun yarısı Afrika, yarısı Çindəndir".

Lətifə müğənni Sevda Yahyayevanın onu İnstaqram ssəhifəsindən silməsindən şikayətlənib:

"İki il əvvəl Novruz çəkilişində idik. Sevda ilə şəkil çəkdirdik. Dedi ki, bir-birimizi izləyək. Bir müddət sonra gördüm ki, dostluqdan silib. Bir şəkli barmağınla vurursan gedir. Ona görə kimisə silib, ürəyini qırmaq olar?".

İfaçı sosial şəbəkədə yemək fotosu paylaşanları tənqid edib:

"Ola bilsin süfrədə maraqlı nəsə olsun və mən onu paylaşım. Yəni, fil əti zad olmalıdır ki, paylaşaq, göstərək. Hər yediyini qoymaq olmaz. Deyim ki, etdikləri görməmişlikdir, yox. Hər gün bunu yeyirlər. Sadəcə, bir-biri ilə bəhsə giriblər".