Bu gün bütün saraylarda toy var, səbəb isə... - video

Bu gün bütün saraylarda toy var, səbəb isə... - video
9140 dəfə oxunub
  • A-
  • A
  • A+
Bu gün Bakıda il ərzində ən çox toy edilən gündür. Buna səbəb ayın tarixidir- 17.07.2017-ci il.

Axşam.az-ın Xezerxeber-ə istinadən məlumatına görə, bu gün Bakıdakı şadlıq saraylarının hamısı tutulub. İnsanlar bir neçə ay əvvəlcədən bu tarixi kirayələyib. Hətta bir məkan üçün çoxlu sayda müştəri müraciət edib.

Toy sahibi və ya toy təşkilatçıları bu gün qeyri-adi toy keçirəcəklərini əvvəlcədən şadlıq saraylarına bildiriblər. Elə saraylar da müştəri üçün bu günə özəl hədiyyələr edəcəklər.

Bu gün bazar ertəsi günüdür, adətən həftə arasında şadlıq saraylarında sifariş az olduğundan qiymət də ucuz olur. Şadlıq saraylarından bildirirlər ki, bu gün sifariş çox olsa da, qiymətləri həmişəki səviyyədə saxlayıblar.