Evliliklərinin reklam olmadığını belə sübut etdilər - fotolar

Evliliklərinin reklam olmadığını belə sübut etdilər - fotolar
10128 dəfə oxunub
  • A-
  • A
  • A+

Ötən il Kanal D-nin məşhur yarışması "Kısmetse Olur" sayəsində tanış olub ailə quran Nur Erkoç və Batuhan Cimilli valideyn olublar.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, cütlüyün qızı dünyaya gəlib. Onlar övladlarına Asel Han adını qoyublar.

Batuhan ata olması xəbərini sosial şəbəkədə paylaşıb.

Yarışma boyu 5 övlad atası olmaq istədiyini deyən Cimilli bunları qeyd edib:

“Allah bəd nəzərdən qorusun. Maşallah deyək. Sevgimizin meyvəsi ilə çox xoşbəxtik. Hər kəsə məsləhət görürük. Xoş gəldin, Asel Han Cimilli”.

Qeyd edək ki, Nur və Batuhanın evliliyinə bir çoxları “özlərini reklam edirlər, həqiqi evlilik deyil” demişdilər.