Natavan və Dadonun toyunda nələr baş verdi? - üç dəfə libas dəyişdi

Natavan və Dadonun toyunda nələr baş verdi? -  üç dəfə libas dəyişdi
45757 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, müğənni Natavan Həbibi ilə reper Dado Əliyevin (Səid) toyu olub.

Axşam.az-ın məlumatına görə, şadlıq evlərindən birində baş tutan məclisə şou-biznes nümayəndələri, aparıcılar, aktyorlar qatılıblar.

Gecənin aparıcılığı Nəsib Nur, Samir Bayramlı və Murad Arifə həvalə olunub. Zalın bəzədilməsini müğənni Xuraman Şuşalı edib.

Özü üçün ayrıca xına mərasimi etməyən Natavan bunu elə toyun içində keçirib. Xına mərasimini də Xuraman idarə edib.

Natavan gecədə üç dəfə libas dəyişib.

Qız toyu olmasına baxmayaraq, mərasimdə nikah da kəsilib. Cütlüyün oğlan toyu iyulun 19-da baş tutacaq.

Foto: İlqam CƏBİYEV