Jurnalistlərə evlər bu tarixdə veriləcək

Jurnalistlərə evlər bu tarixdə veriləcək
1875 dəfə oxunub
  • A-
  • A
  • A+
Jurnalistlərə yeni tikilmiş binada mənzillər iyulun 20-də təqdim ediləcək.

Axşam.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli Nəsimi rayon İcra Hakimiyyətində 22 iyul – Milli Mətbuat Günü münasibətilə keçirilən tədbirdə deyib.

V.Səfərli vurğulayıb ki, iyulun 19-da jurnalistlərə dəvətnamə göndəriləcək:

“Müvafiq komissiyaya 2 minə yaxın müraciət daxil olub, bu müraciətlərin hamısı ciddi şəkildə araşdırılıb. Yekunda 250-dən çox jurnalistə mənzil verilməsi qərara alınıb. Bu, cənab Prezident İlham Əliyevin jurnalistlərə hədiyyəsidir”.