Cavanlaşdıran və gözəlləşdirən qidalar

Cavanlaşdıran və gözəlləşdirən qidalar
3803 dəfə oxunub
  • A-
  • A
  • A+

Amerikanın “Women's Health” jurnalı Sandra Ballak, Rihanna və Lindsay Lohan kimi məşhurların dərilərini gözəlləşdirmək üçün bol-bol istehlak etdiyi qidaları araşdırıb.

Axşam.az-ın məlumatına görə, siyahıda 6 qida yer alıb.

Beləliklə, dərinizi cavanlaşdırıb, gözəlləşdirəcək qidalar bunlardır:

1. Somon balığı - bu balıq malik olduğu Omeqa-3 yağ turşuları ilə dərini quru görünüşdən xilas edir və günəş şüalarının zərərləri təsirindən qoruyur.

2. Kök - yüngül turşulu dərilərdə bakteriya az olur. Kök dərinin turşuluq miqdarını nizamlayır və bakteriyalardan qoruyur.

3. Avokado - zeytunyağı kimi doymamış yağla zəngin olan bu meyvə eyni zamanda dəriyə müsbət təsir edən B qrupu vitaminlərinin ən yaxşı qaynağıdır.

4. Paxla - antioksidantla zəngin olan paxlalar dərinin qırışmasını gecikdirir və dərinin cavan qalmasına kömək edir.

5. Üzüm - üzümün içindəki antioksidantlar həm infarkt riskindən qoruyur, həm də dəri sallanmalarına qarşı anti-aging təsiri göstərir.

6. Su - dərinin canlı və gözəl olması üçün lazım olan nəmi təmin edir.