Bakı çimərliklərində gürzələrin olması ilə bağlı xəbərlərə rəsmi açıqlama

Bakı çimərliklərində gürzələrin olması ilə bağlı xəbərlərə rəsmi açıqlama
5026 dəfə oxunub
  • A-
  • A
  • A+

Çimərliklərdə gürzələrin kütləvi yayılması ilə bağlı məlumatlar həqiqətə uyğun deyil və insanlarda xof yaratmaq məqsədilə yayılıb.

Axşam.az-ın məlumatın görə, bu barədə AZƏRTAC-a Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Zoologiya İnstitutunun direktoru, fizika üzrə fəlsəfə doktoru, dosent Elman Yusifov bildirib:

"Gürzələr haqqında şişirdilmiş bu məlumatlar Zoologiya İnstitutunun əməkdaşı olmayan Anar Cəfərova istinadla yayılıb. Zoologiya İnstitutunda belə bir şəxs işləmir. Həyat üçün təhlükəli olan gürzələrin rütubətli, eləcə də səs-küylü, narahatedici faktorların daha çox müşahidə edildiyi çimərlik ərazilərində yayılması ehtimalı olduqca azdır. Ona görə də çimərliklərdə gürzələrin kütləvi yayılması ilə bağlı məlumatlar həqiqətə uyğun deyil”.

Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Zoologiya İntitutunun kiçik elmi işçisi, herpetoloq Anar Cəfərov Report-a bildirib ki, yay aylarında ilanlar özləri üçün sərin və kölgəli yerləri seçdiyindən, insanlar zirzəmilərdə, kölgəli yerlərdə ehtiyatlı olmalıdırlar:

"Hardasa oturmazdan əvvəl həmin yerə baxış keçirsələr yaxşı olar. Çünki temperatur yüksəldikcə sürünənlər daşların, əşyların altında və s. yerlərdə daha çox olurlar. Bağ evlərində, çardaqların altında, su olan yerlərdə onlara daha çox rast gəlinir. Çimərliyə gedən insanlar da ehtiyatlı olmalıdırlar. Apardığım monitorinq nəticəsində müşahidə edirəm ki, çimərliklərin bəzilərinin yaxınlığında hətta zəhərli ilanlar, əqrəblər daha çoxdur. Bilgəh çimərliyi, Mərdəkan, Şüvəlan, Şıx çimərliyi ətrafında həm əqrəblərə, həm də gürzələrə rast gəlinir".