Yeni aldıqları evin qiyməti dodaq uçuqladır - fotolar

Yeni aldıqları evin qiyməti dodaq uçuqladır - fotolar
3272 dəfə oxunub
  • A-
  • A
  • A+

Məşhur cütlük Kit Herinqton və Rouz Lesli yeni ev alıb.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, 5 ilə yaxındır birlikdə olan Kit və Rouz münasibətlərini ciddiləşdirmək və birlikdə yaşamaq qərarına gəliblər.

Onların evi İngiltərədə yerləşir. Mülkün dəyəri 2,2 milyon dollardır.

Villada yaşamaq üçün hər şərait var. Belə ki, 8 hektar ərazidə tikilmiş evdə 7 yataq otağı, böyük zal, mətbəxt, hamam otaqları, hovuz, tennis meydançası var.

Qeyd edək ki, sevgililər "Game of Thrones" ("Taxt oyunları") serialının çəkilişləri zamanı tanış olublar.