"Ürəyim parçalanır..." - Gülbahar

"Ürəyim parçalanır..." -  Gülbahar
3254 dəfə oxunub
  • A-
  • A
  • A+

Qarmon ifaçısı Gülbahar Şükürlünün anasının dünyasını dəyişməsindən 6 il ötür.

Axşam.az-ın məlumatına görə, musiqiçi anasının şəklini İnstaqram səhifəsində paylaşaraq bunları yazıb:

“6 ildir sənsizəm. Ana haqqında mahnılar, muğamlar səslənəndə ürəyim parçalanır. Çox şəkillərin var, amma bu foton mənə doğmadır. Bu şəkli çəkdirəndə bir yerdə idik. Mənim musiqi sevən anam. Ürəyim elə doludur ki... Gözümün yaşı imkan vermir ürəyimi yazmaqla boşaldım. Allah sənə rəhmət eləsin. Ruhun şad olsun, Allah o dünyanı versin. Rahat yat şirin anam, qayğıkeş, möhlətkeş anam. Sənə qurban olaram”.