"Elə açıq-saçıq geyinərəm ki, ağzı açıq qalar" - Cəmalə+fotolar

"Elə açıq-saçıq geyinərəm ki, ağzı açıq qalar" -  Cəmalə+fotolar
12124 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Cəmalə yeni fotosessiya etdirib.

Axşam.az-ın məlumatına görə, sənətçi fotoqraf Rahib Hacıyevin obyektivi qarşısına keçib.

Çəkiliş vaxtı iki dəfə libas dəyişən Cəmalə həmkarlarımı süni olmaqda ittiham edib:

“Səhnədə olan bir çox həmkarlarım komplekslidir. Kamera önündə cəsarətli pozlar verməkdə belə çətinlik çəkirlər, çünki özləri deyillər, düşünülmüş bir obrazdılar. Məşhur ola bilərsiniz, amma sevilmək üçün gərək özünüz olasınız.

Maskalanmaqla sevgi qazanılmır. Onun-bunun geyim tərzini oğurlamaqla zövqlü olmayacaqsınız. Geyindiyin geyimin içində özünü suda balıq kimi hiss etməlisən.

Səhnə geyiminin də öz əndazəsi var. Lazım olsa elə geyimlər geyinərəm ki, çoxunun ağzı açıq qalar. Sadəcə istəmirəm desinlər, gələn kimi buda soyundu, oldu o birilərin tayı. Öncə iş, sonra cəsarətli geyimlər".

Qeyd edək ki, Cəmalənin geyimlərini modelyer Aynur Xəlilova (İnstagram: by_aynur_khalilova) hazırlayıb.