Tovuzda qədim dövrə aid nizə başlığı tapıldı - video

Tovuzda qədim dövrə aid nizə başlığı tapıldı -  video
658 dəfə oxunub
  • A-
  • A
  • A+

Tovuz sakini etnik xalqlara məxsus silah ucluğu tapıb.

Axşam.az ARB 24-ə istinadən xəbər verir ki, Kəmaləddin Əliyev ucluğu rayonun Hunanlar kəndində Kür çayının kənarında balıq ovu zamanı aşkarlayıb.

K.Əliyev deyib ki, ilk əbbəl tapdığı əşyanın nə olduğunu anlamayıb:

“Arxası görsənən vəziyyətdə bunu burada əyləşərkən gördüm. Bu da mənim üçün maraqlı gəldi. Başladım çıxartmağa. Çıxardanda gördüm ki, nizə ucluğuna oxşar bir şeydir".

Sabir Məmmədov “Mis uzun müddət erroziyaya davamlı olduğuna görə indiyə qədər qalıb. Amma kürün yatağında bu lilə batmış halda tapıldığına görə mən Hun tayfalarına aid edirəm. Şeyx Şamilin dövründə burada yaşayan Udinlərə qarşı döyüş gedib” deyib.

Bu ərazidə sovetlər dönəmində arxeoloji qazıntılar da aparılıb. Sakinlər iddia edir ki, tapıntılar arasında qiymətli daş-qaş, xəzinə də olub.

Bununla belə mütəxəssislər suya yaxın olduğundan ərazidə qazıntı işlərinin aparılmasını doğru hesab etmirlər. Onların fikrincə, əraziyə Milli Elmər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları cəlb olunmalıdır.