Bu da oldu - robot intihar etdi

Bu da oldu - robot intihar etdi
3228 dəfə oxunub
  • A-
  • A
  • A+

ABŞ-da yerləşən ticarət mərkəzlərindən birində maraqlı hadisə baş verib.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, mərkəzi qoruyan “Knightscope” şirkətinə məxsus “K5” adlı təhlükəsizlik robotu özünü suya ataraq “intihar edib”.

Şahidlərin sözlərinə əsasən, robot qəfildən öz fəaliyyətini dayandırıb və mərkəzdə yerləşən fontana yaxınlaşaraq özünü suya atıb.

“Knightscope” şirkətinin rəhbəri hadisə ilə bağlı bildirib ki, “K5”in “intihar” etməsi ilk haldır. Bununla bağlı araşdırma aparılacaq. Bundan sonra istehsal olunan robotlarda belə vəziyyətin baş verməməsi üçün lazımi tətbirlər görüləcək.