Məşhur müğənni özünü asdı

Məşhur müğənni özünü asdı
4633 dəfə oxunub
  • A-
  • A
  • A+
“Ən yaxşı rok ifaçısı” adını alan "Linkin Park" qrupunun solisti Çester Beniniqton intihar edib.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, ifaçının cəsədini Kaliforniyadakı evindən tapıblar. O, özünü tavandan asıb.

Məlumata əsasən, Çester uzun illərdir ki, içki və narkotik asılılığına görə müalicə alıb.

“Linkin Park” 4 dəfə “American Music Awards” mükafatını qazanıb, eləcə də “Grammy” laureatını əldə edib. Qrup “Faint”, “In the end”, “Crawling”, “Numb”, “Braking the habit” mahnıları ilə məşhurdur.

41 yaşlı sənətçi iki dəfə evil olub və 6 uşaq atasıdır.