“Dəhşətli gecə yaşadıq” – İradə İbrahimova

“Dəhşətli gecə yaşadıq” –  İradə İbrahimova
7896 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyədə yaşayan müğənni İradə İbrahimova da Bodrumda baş verən zəlzələdən yazıb.

Axşam.az-ın məlumatına görə, yay istirahəti üçün Bodruma yollanan sənətçi hadisə zamanı orada olduğunu bildirib.

Səhər girdiyi marketdəki dağınıq ərzaqların fotosunu paylaşan İradə bildirib ki, zəlzələ onlara dəhşətli anlar yaşadıb:

“Səhər marketdə qarşılaşdığım mənzərə. Dəhşətli bir gecə yaşadıq. Demək ki, daha yaşanacaq günlərimiz var. Allah betərindən qorusun”.

Qeyd edək ki, türkiyəli iş adamı Ceyhun İzərlə ailəli olan İ.İbrahimovanın Bodrumda evi var. ifaçı hər il yayda istirahət üçün ora köçür. Ceyhun və İradə cütlüyünün iki övladı var.