“Gizli xəzinələri ilə Türkiyəm” adlı sərgi - fotolar

“Gizli xəzinələri ilə Türkiyəm” adlı sərgi - fotolar
367 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyənin Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təqdimat Müşavirliyi və Bakı Yunus Əmrə İnstitutunun birgə təşkilatçılığı ilə türkiyəli fotoqraf Sebahat Döğerin “Gizli xəzinələri ilə Türkiyəm” adlı foto-sərgisi keçirilir.

Axşam.az-ın məlumatına görə, dünən institutun binasında sərginin açılış mərasimi olub.

Bakı Yunus Əmrə İnstitutunun rəhbəri İbrahim Yıldırım çıxış edərək tədbirin əhəmiyyətindən danışıb, təşkil olunan foto-sərginin Azərbaycanla Türkiyə arasında mədəni əlaqələrin inkişafına kiçik bir töhfə olduğunu qeyd edib.

Türkiyənin Azərbaycandakı Mədəniyyət və təqdimat müşaviri İrfan Çiftçi isə bildirib ki, bu sərgi 15 iyul çevriliş cəhdinin ildönümü ilə bağlı təşkil olunan Demokratiya və milli birlik günü tədbirləri çərçivəsində təşkil olunur.

Türkiyə Səfirliyi tərəfindən həftə ərzində silsilə tədbirlərin davam etdiriləcəyini deyən İ.Çiftçi qeyd edib ki, bundan sonra da Yunus Əmrə İnstitutu ilə birgə əməkdaşlıq davam etdiriləcək.

Öz növbəsində fotoqraf S.Döğer çıxış edərək bildirib ki, foto-sərgidə Türkiyənin bir-birindən gözəl tarixi və mədəni məkanları öz əksini tapıb.

Fotoqrafiya sənətinin incəliklərindən danışan S.Döğer qeyd edib ki, bu sərgi vasitəsilə vətəni Türkiyənin gözəlliklərini bütün dünyaya nümayiş etdirmək niyyətindədir: “Bu məqsədlə ilk sərgini qardaş Azərbaycanda keçirməyi qərara aldıq. İnanıram ki, bu sərgi hər kəsdə Türkiyə haqqında xoş təəssüratlar oyadacaq”.

Daha sonra tədbirin açılış lenti kəsilib.

S.Döğerin öz obyektivi ilə Türkiyənin müxtəlif bölgələrində çəkdiyi 30-dan çox əsərinin nümayiş etdirildiyi sərginin açılış mərasiminə çox sayda sənətsevər qatılıb.

Qeyd edək ki, Bakı Yunus Əmrə İnstitutunda təşkil olunan foto-sərgi iyulun 23-də başa çatacaq.