Tarkanın mahnısı ilə bağlı qərar açıqlandı

Tarkanın mahnısı ilə bağlı qərar açıqlandı
5872 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Tarkanın "10" albomunda yer alan "Beni çok sev" mahnısı ilə bağlı qərar verilib.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, manının Cem Özkanın "Olmayacak bir hayal" mahnısının plaqiatı olduğu iddia edilmişdi.

Musiqi Əsəri Sahibləri Qrupu mahnılarda 10 notun ardıcıllığının eyni olduğunu desə də, həmin hissənin mahnıların əsasını təşkil etmədiyini və daha əvvəl standart musiqi kimi çox yerdə istifadə olunduğunu deyib.